Newcond şirkəti – AUX Global Summit 2025-də “Outstanding Contribution Award” mükafatına layiq görüldü. 31 avqust 2025-ci il tarixində AUX şirkəti dünyanın müxtəlif ölkələrindən olan rəsmi distribütorlarını bir araya gətirərək “New Chapter, New Mission” başlığı altında AUX Global Summit 2025 tədbirini keçirdi. Bu mötəbər sammitdə iqlim texnologiyaları, yeni nəsil məhsullar və qlobal bazar strategiyaları müzakirə olundu.Azərbaycan bazarında AUX-un rəsmi tərəfdaşı olan Newcond şirkəti, tədbir çərçivəsində “Outstanding Contribution Award” (Görkəmli Töhfə Mükafatı) ilə təltif olundu. Bu mükafat, AUX brendinin inkişafında göstərdiyimiz dəstəyin, yüksək satış göstəricilərimizin və müştəri məmnuniyyətinə verdiyimiz önəmin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.Bu uğur, Newcond-un yalnız distribütor deyil, həm də etibarlı tərəfdaş və innovativ həllər təqdim edən şirkət kimi mövqeyini bir daha təsdiqlədi. Gələcəkdə də məqsədimiz AUX brendi ilə birlikdə müştərilərimizə daha keyfiyyətli, enerji qənaətli və innovativ məhsullar təqdim etməkdir.