1986-cı ildə qurulan AUX Group, bir çox sənayeni əhatə edən bir qrup müəssisədir: məişət texnikası, elektrik avadanlığı, tibbi xidmətlər, daşınmaz əmlak və investisiya. Uzun illərdir Çində 500 ən böyük müəssisədən biridir.
AUX inkişafı üzərində işləyərkən, sosial öhdəliklərinin yerinə yetirilməsinə də qayğı göstərir. Son illərdə o, məqsədli yoxsulluğun azaldılması, təhsil, fəlakətlərin aradan qaldırılması və ətraf mühitin qorunması kimi müxtəlif icma proqramlarına ianələr etmişdir.
Yeni bir dövrdə, dünya səviyyəli bir müəssisə olmağa çalışan AUX, "Sağlam düşüncəli bir yaşayış mühiti yaratmaq və böyük istedadları inkişaf etdirmək" missiyasını yerinə yetirməyə davam edəcəkdir.
AUX, 100 milyard bazar dəyəri, 100 milyard satış və 10 milyard mənfəət strateji hədəfinə çatmaq üçün çox çalışacaqdır.
İnverter sistemi nəzərdə tutulmuş temperaturun yaradılmasını və eyni qaydada saxlanılmasını elektrik enerjisinə qənaət etməklə yerinə yetirir. Eyni zamanda kompressorun uzunömürlülüyünə xidmət edir.
İnverter sistemli kondisionerlər elektrik enerjisinə 40%-ə qədər qənaət edir.
Multi sistem 1 çöl blokla müxtəlif tip və gücə malik daxili blokların (2-6 daxili bloka qədər) qoşulmasından ibarət kondisioner sistemidir. Multi sistem xüsusi olaraq bağ evləri, kotteclər, çox otaqlı şəhər evləri, kafe və kiçik ölçülü ofislərdə komfortlu iqlim yaratmaq üçün nəzədə tutulub. Sistem bir çöl bloka 6 ədədə qədər daxili blokun qoşulmasına imkan verir ki, bu da fasadın estetik görünüşünü korlamır. Hər bir daxili blokun temperaturunun ayrica tənzimlənməsi və hər otağa uyğun daxili blokun seçilməsi mümkündür. Belə ki, otaqlardan birinə kanal tipli, digərinə kasset tipli, bir digərinə döşəmə və ya divar tipli daxili blok quraşdıraraq 1 çöl blokla idarə etmək mümkündür. Nəticədə, eyni rejimdə olmaqla (eyni zamanda yalnız isti və ya yalnız soyuq rejimdə) bütün otaqlarda komfortlu mikroiqlimin yaradılmasını təmin etmək olar.
Kondisioner seçimi edərkən düzgün məhsuldarlıq seçilməlidir. Lazım olan Btu dəyərinin hesablanmasında otağın təyinatı, hündürlüyü, eni, uzunluğu, pəncərə sahəsi, otaqda olan istilik mənbəyi, insan amili və s. kimi faktorlar çox önəmlidir.