Menu
Sizin səbətiniz

Haqqımızda


Nyukond şirkəti 1997-ci ildən etibarən kondisioner sistemlərinin satışı, quraşdırılması və servis xidməti sahəsində fəaliyyət göstərir.


Şirkət Yaponiyanın Mitsubishi Electric və Çin Xalq Respublikasının AUX brendlərinin kondisioner sistemləri və iqlim avadanlıqları üzrə Azərbaycandakı rəsmi təmsilçisidir.


Nyukond şirkətinin əsas fəaliyyət istiqaməti Mitsubishi Electric və AUX brendlərinə məxsus məişət tipli, multi, yarımsənaye, VRF/ARV kondisioner sistemlərinin satışı, quraşdırılması və servis xidmətlərinin göstərilməsidir.


Bununla yanaşı, şirkətimiz müxtəlif brendlərə məxsus Chiller, Rooftop, AHU, nəmalma cihazları, Fan Coil və digər iqlim avadanlıqları, eləcə də havalandırma sistemlərinin satışını, obyektlər üçün layihələndirilməsini, quraşdırılmasını və servis xidmətini həyata keçirir.


Peşəkar satış menecerləri, mühəndislər və texniki heyətdən ibarət komandamız müştərilərimizin ehtiyac və gözləntilərini ən yüksək səviyyədə qarşılamağı qarşısına məqsəd qoyur. Obyektlərin təyinatı və texniki tələbləri nəzərə alınaraq ən uyğun iqlim avadanlıqları seçilir, layihələndirilir, quraşdırılır və uzunmüddətli texniki dəstək göstərilir.