Kondisionerlər
Kondisioner - otaqlarda optimal temperaturun saxlanılması üçün nəzərdə tutulmuş bir cihazdır. Həm soyutma, həm də istilik funksiyaları üçün istifadə edilə bilər. Bir model seçərkən cihazın quraşdırılma yerini və otağın ölçüsünü nəzərə almaq vacibdir.
Kondisioner almaq qərarına gəlmisinizsə öncədən yaxşı araşdırma etməlisiniz.
Kondisionerin təsir sahəsi bu xüsusiyyətlərə görə dəyişə bilər: Tavanın hündürlüyü, günəş işığının düşmə bucağı, otaqda olan sakinlərin sayı, mütəmadi istifadə olunan avadanlıqların (televizor, notbuk, soyuducu və.s) sayı, pəncərənin ölçüləri və s.
Kondisioner modelləri və onun funksiyaları.
Kondisioner ilin istənilən fəslində ehtiyac duyulan məişət texnikasıdır. Onun funksiyaları sadəcə havanı soyutmaqdan və isitməkdən ibarət deyil. Havanın isinməsi, soyuması, hava təmizləmək üçün sirkulyasiya prosesinin həyata keçrilməsi və havanın nəm miqdarının müəyyən bir səviyyədə saxlanılması işini gerçəkləşdirən bir avadanlıq olaraq, hər bir yerdə ona ehtiyac var. Kondisioner alarkən ən çox diqqət yetirilməli olan amil, onu yerləşdirəcəyiniz obyektin sahəsidir. Onun ölçüəlri və texniki keyfiyyətləri məkana uyğun olmalıdır. İndiki dövrdə ölçü, model, parametrlər və dizayn olaraq çeşid sayı olduqca çoxdur. Siz NewCond.az saytından daxil olaraq bu məhsullar ilə tanış ola bilərsiniz. Kondisioner insan həyatını asanlaşdırmaq üçün düşünülmüş ən vacib ixtiralardan birisidir. İsti yay aylarında sərinləmək üçün ən optimal vasitə məhz bu cihazlardır.