Menu
Sizin səbətiniz

Aux kondisionerləri

Marka: AUX Product Type: ARV sisteminin mini çöl bloku
..
2 320.00m
Marka: AUX Product Type: ARV sisteminin mini çöl bloku
..
2 450.00m
Göstərilir: 1 . 12 -ə 151 -dən (13 səhifə)

AUX kondisionerlərinin satışı

AUX şirkəti 1986-ci ildə yaradılıb. Bu gün Aux Group böyük və müasir sənayekorporasiyası kimi tanınır və Çin respublikasının ən böyük şirkətlərindən biridir. Şirkət bi çox istiqamətlərdə öz iş fəaliyyətini inkişaf etdirir: intellektual enerji cihazları, məişət cihazları, mobil cihazlar, daşınmaz əmlak və tikinti, tibb avadanlıqları və maliyyə investisiyaları.

AUX şirkətində 20000-dən çix işçi çalışır. Həmçinin Ninbo, Nançan, Tyantszin, Şanxay, Şencjen və Donguan şəhərlərində yerləşən 6 istehsalat zavodları var. Ninboda yerləşən əsas istehsalat zavodlarından birində məişət, yarımsənaye və multizonal kondisioner sistemləri istehsal olunur. AUX şirkəti Çin Respublikasında yerləşən ən iri iqlim avadanlıqlarının istehsalçılardan biridir.

Azərbaycan iqliminə oxşayan isti Çin iqlimi və onun nəticəsi kimi daxili bazarında iqlim sistemlərinə böyük tələbatın artması uzun illər ərzində uğurlu iş prosesini qurmağa və istehsal edilən məhsulların yüksək keyfiyyətinə nail olmağa imkan verir. Tam avtomatlaşdırılmış şəkildə istehsal edilən AUX kondisionerləri digər Çin brendlərindən fərqli olaraq öz markasının imicinə hörmətlə yanaşaraq keyfiyyət, uzunömürlülük, sağlamlıq və komfortluluğu öndə tutaraq dünya iqlim bazarında qabaqcıl mövqedədir.

Bu gün AUX öz iqlim avadanlıqlarını Azərbaycan bazarına təqdim edir. Biz əminik ki dünyanın bütün qitələrində tanınan və uğurla inkişaf edən AUX kondisioner sistemləri Azərbaycanda da öz keyfiyyəti, uzunöömürlülüyü və komfortu ilə Sizin rahatlığınıza xidmət edəcək və siz bu brendin məhsullarından razı qalacaqsınız.