Tez-tez soruşulan suallar

Seçim, quraşdırma, çatdırılma və servis barədə qısa cavablar.

Seçim

Təxminən: 20 m²-ə qədər 9 000 BTU, 20–35 m² 12 000, 35–50 m² 18 000, 50–70 m² 24 000 BTU. Cənub tərəf, son mərtəbə və böyük pəncərə varsa, bir pillə yuxarı götürün.

İnverter gücü yavaş-yavaş dəyişir, otaq temperaturu sabit qalır, elektrik sərfi azalır və daha sakit işləyir. On/off kompressoru tam gücdə yandırıb-söndürür; ucuzdur, amma gün boyu işləyən otaq üçün sərfəli deyil.

Fasadda bir neçə çöl blok qoymaq mümkün olmayanda: bir çöl blok 2–5 otaqdakı daxili blokları işlədir.

Bəli, isitmə rejimi var. Hansı şaxtaya qədər işlədiyi modeldən asılıdır: məsələn, Mitsubishi Electric LN seriyası −15 °C-də də isidir.

Quraşdırma

Borulardakı hava və nəm çıxarılmasa, kompressor tez sıradan çıxır və soyutma zəifləyir.

Fasadda, balkonda və ya damda. Boru uzunluğu və hündürlük fərqi modelin həddini keçməməlidir; bu, məhsul səhifəsindəki texniki cədvəldə yazılıb.

Blokların bərkidilməsi, kronşteyn, mis boru və kabel, drenaj, divarda bir deşik, vakuum və işə salma.

Zəmanət və servis

NewCond.az üzərindən alınan məhsulların qiymətinə 3 il rəsmi zəmanət daxildir.

Filtri ayda bir yumaq olar. Daxili və çöl blokun tam təmizliyi ildə ən azı bir dəfə, yaydan əvvəl.

Xeyr. Sistem kipdirsə, freon azalmır; azalıbsa, əvvəlcə sızma tapılmalıdır.

Cavabı tapmadınız?Zəng edin və ya yazın, iş saatlarında cavab veririk.
*5500
WhatsApp-da yazın