Официальный дистрибьютор

(+994 12) 598 27 90

(+994 50) 678 88 88

Şirkət haqqında məlumat verməzdən öncə bildirmək istəyirik ki, biz internet-maqazin deyil, Mitsubishi Electric Azərbaycandaki rəsmi distribyutoru olan NewCond şirkətinin veb səhifəsidir.

Yaponiyanın məhşur Mitsubishi Electric şirkəti 1921-ci ildə yaranmışdır. Həmin ildə qısa bir zamanda satışlar arasında lider olan elektrik ventilyatorlar istehsal edərək elektrik cihazlar bazarında öz yerini tutdu. Bu gün Mİtsubishi Electric — istehsal, marketinq, elektron və elektrik cihaz satışı üzrə qlobal liderdir. Şirkət premium sinifə aid iqlim avadanlıqları istehsalı üzrə dünya reytinqlərinin birincisidir. Mİtsubishi Electric şirkətinin məhsulları aparıcı yapon mühəndisləri tərəfindən yaradılmış və müasir texnikanın ən yaxşı keyfiyyətlərini özündə cəmləşdirir: yüksək məhsuldarlıq, rahat idarəetmə sistemi və funksionallıq.

NEWCOND şirkəti öz fəaliyyətinə 1995 –ci ildən, Nizami küç.121 ünvanında yerləşən kiçik bir mağazada Aftron və National kondisionerlərinin satışından başlamışdır. Azərbaycanda həmin dövrdə split kondisionerlərin satışı ilə cəmi bir neçə şirkət məşğul olurdu və getdikcə bu kondisionerlərə tələbat artırdı. 1997 — ci ildən NEWCOND şirkəti Yaponiyanın məşhur brendi olan Mitsubishi Electric kondisionerlərinin satışına başladı və müştərilərin etimadını qazanaraq Azərbaycanın kondisioner bazarında öz yerini tutdu. Bu markanın bütün kondisionerləri NEWCOND şirkətinin anbarlarından keçir və bizim tərəfdaş mağazaların diler şəbəkəsi vasitəsilə satılır. Təsadüfi deyil ki,15 ildən çox müddətin keçməsinə baxmayaraq, 1997-ci ildə satılan Mitsubishi Electric kondisionerləri bugünədək müştərilərin istifadəsindədir. Mitsubishi Electric kondisionerlərinin keyfiyyəti əlavə reklam tələb etmir və uzun müddət özlərini müstəsna keyfiyyəti ilə dünya bazarlarında öz sözünü demişdir Evdə, iş yerində və istehsalda ən yaxşı kondisioner Mitsubishi Electric şirkətidir. Buna səbəb Mitsubishi Electric kondisionerlərinin keyfiyyəti və NEWCOND şirkətinin yüksək səviyyədə servis xidmətidir.

Sənaye kondisionerlərinə, isitmə və havalandırma sistemlərinə olan geniş tələbatı nəzərə alaraq NEWCOND şirkətinin Rəşid Behbudov.144D ünvanında yeni salonu fəaliyyətə başladı. Şirkət müştərilərə üç satış salonundan keyfiyyətli və peşəkar xidmətlər göstərir. Bu salonlarda çalışan yüksək ixtisaslı əməkdaşlar uzun müddətdir ki, məişət kondisionerləri ilə yanaşı yarımsənaye, VRF və havalandırma sistemləri üzrə də alıcılara xidmət göstərir.

Hal-hazırda NEWCOND şirkətinin fəaliyyətinin əsas istiqamətləri isitmə, soyutma və havalandırma sistemləridir. “Mitsubishi Electric Europe B.V.” şirkətinin distribyutoru kimi “Changes for the Better” (yaxşılığa doğru dəyişikliklər) bizim də devizimizdir.

Бытовые кондиционеры

Серия ON/OFF GF

Серия ON/OFF GF

Читать далее

Серия Делюкс FH

Серия Делюкс FH

Читать далее

Серия Дизайн EF

Серия Дизайн EF

Читать далее

Серия Классик DM

Серия Классик DM

Читать далее


Все Бытовые кондиционеры

Внутренные блоки Системы VRF

Внутренние блоки канального типа

Внутренние блоки канального типа

Читать далее

Внутренние блоки кассетного типа

Внутренние блоки кассетного типа

Читать далее

Внутренние блоки напольного типа

Внутренние блоки напольного типа

Читать далее


Все Внутренные блоки Системы VRF

Mitsubishi Electric kondisionerlərinin satışı və servisi

Şirkətimiz 1997-ci ildən Mitsubishi Electric kondisionerlərinin rəsmi distribyutorudur