Language change

magazin-button-az

NEWCOND: “Mitsubishi Electric” dəyişməz müştəri etimadıdır

newcond-pct001

Kondisioner deyəndə ilk yada düşən “Mitsubishi Electric” brendidir. Uzun illərdir ki, Azərbaycan bazarında bu brendin rəsmi distribyutoru kimi fəaliyyət göstərən NEWCOND şirkətinin kommersiya üzrə direktor müavini Neymət Məmmədov 100 illik tarixə malik olan “Mitsubishi Electric” əmtəə nişanını uzunömürlü əsl yapon keyfiyyəti ilə xarakterizə etdi.

– NEWCOND Azərbaycan bazarında hansı ticarət markalarını təmsil edir və təqdim etdiyiniz brendlər üzrə servis xidməti göstərirsinizmi?
– Şirkətimiz 1995-ci ildən kondisioner satışı sahəsində fəaliyyətə başladı. 1997-ci ildən isə Yaponiyanın məşhur brendi olan “Mitsubishi Electric” kondisionerlərinin satışına start verdi və etibarlı rəsmi distribyutoru, mükəmməl servis xidməti sayəsində müştərilərin rəğbətini qazanaraq
Azərbaycanın kondisioner bazarında layiqli yerini tutdu. Hazırda şirkətimiz “Mitsubishi Electric” kondisionerlərin satışı və servis mərkəzinin yüksək uğurları ilə fəaliyyətini davam etdirir. Bilirsiniz ki, artıq bir əsrdir ki, “Mitsubishi Electric” korporasiyası istehsal etdiyi məhsullar üzrə dünyada çox
böyük nüfüz qazanmışdır. Korporasiyanın “Hər şey yaxşılığa doğru” devizi məhsulların əsl yapon keyfiyyəti və uzunömürlülüyü ilə tam vəhdət təşkil edir. NEWCOND olaraq, həmçinin isitmə, soyutma və havalandırma sistemləri üzrə də öz xidmətlərimizi təqdim edirik.


– Divar tipli Mitsubishi Kirigamine (Deluxe FH) kondisionerlərinin üstünlükləri hansılardır?
– Divar tipli bu seriyadan olan kondisionerlər adından da məlum olduğu kimi lüks sinfinə aid olmaqla yanaşı, sağlam və təravətli mühitin yaradılmasında aparıcı və son texnologiyalardan istifadə etməklə əvəzolunmaz üstünlüklərə malikdir:
“3D İ SEE” sensor – otağı həcminə görə tam müşahidə edərək (scan edərək) kondisioneri daha “ağıllı” çalışdırır, yəni soyutma rejimində soyuq hava axınını otaqda olan insandan kənara, isitmə rejimində isə otağın çöx hissəsinin soyuq olmasına baxmayaraq birinci növbədə onun üzərinə yönəldir. Otaqda adam yoxdursa, bu zaman sensor kondisioneri avtomatik şəkildə qənaətcil rejimdə
işlədir. “Plasma Quad” – otaqda olan allergenləri, tozu və ev heyvanlarının tüklərini tam neytrallaşdırır, xüsusi filtrlər isə pis qoxunu aradan qaldırır.
– İdeal ev mühiti deyəndə hansı parametrlər başa düşülür və bu sahədə standartlar necədir?
– Artıq bir neçə ildir ki, paytaxtda baş verən tikinti bumu fonunda bu məsələ çox aktualdır. İdeal ev mühiti dedikdə, otaqda olan temperatur , nisbi rütubət və adam sayına uyğun təmiz hava miqdarı nəzərdə tutulmalıdır.Otaqda temperaturun 20-22°C, nisbi rütubət 50% və otağın təyinatından
asılı olaraq adam başına düşən hava miqdarı 20-80 m3/saat təşkil etməsi standartlara uyğun göstəricilərdir. Bu göstəricilərə nail olmaq üçün “Mitsubishi Electric” korporasiyası yüksək keyfiyyətli “Lossnay” markalı rekuperatorlar və kondisionerlər təklif edir .
– Bu gün inşa edilən binalarda havalandırma sistemlərinin tətbiqi üçün yaradılan şəraitdən razısınızmı?
– Tam olaraq, xeyr. Səbəb budur ki, istər kondisioner, istərsə də havalandırma sistemləri barədə məlumatlar həm tikinti sektoru, həm də istehlakçılar tərəfindən qənaətbəxş səviyyədə öyrənilərək mənimsənilməyib. Bu sahədə xarici təcrübədən bəhrələnməyə böyük ehtiyac var.
– Avadanlığın keyfiyyəti barədə rəyin formalaşmasında həm də servis xidmətinin mükəmməlliyi mühüm rol oynayır. Kadrların müasir texnologiyanı mənimsəməsi üçün hansı tədbirlər görülür?
– Distribyutoru olduğumuz “Mitsubishi Electric” korporasiyasının İtaliya filialının çox böyük dəstəyi sayəsində istər İtaliyada, istərsə də Bakıda keçirilən treninqlər kadr hazırlığına müsbət təsir göstərir. Şirkətimiz daxili potensialı hesabına Azərbaycan dilində avadanlıqların satışı , quraşdırılması və servisi ilə bağlı texniki məlumatları əks etdirən materialları hazırlayır.
– Dünyada baş verən iqtisadi proseslər kondisioner, eləcə də isitmə, havalandırma avadanlıqlarının tariflərinə təsir edibmi?
– Desək ki, təsir etməyib, bu, yanlış olardı. Malın istehsal qiyməti, beynəlxalq yükdaşımalar xarici valyuta ilə olduğu üçün dəyişilməz qalıb. Lakin maya dəyərində (milli valyuta ilə) artmalar var. Şirkətimiz bu çətinliklərə baxmayaraq, öz qazancını azaltmaqla malların satış qiymətlərində dəyişikliklər
etməyib.
– Satış şəbəkənizin böyüdülməsi ilə bağlı planlarınız varmı və qarşıya qoyduğunuz əsas hədəflər hansılardır?
– Dəyişiklər olmadan inkişaf mümkün deyil. Əsas planlarımızdan biri diler şəbəkəsinin genişləndirilməsidir. Hal-hazırda Bakı şəhərində fəaliyyət göstərən məişət avadanlıqlarının satışı üzrə mağazaların 80%-i bizim diller şəbəkəsinə daxildir. Bundan başqa, isitmə, soyutma və havalandırma  sistemləri ilə məşğul olan kiçik və boyük şirkətlər, tikinti şirkətləri, emarlar, dizayn studiyalar, fərdi dizaynerlər və digər diler şəbəkələri bizimlə sıx əməkdaşlıq edirlər.
Həmçinin Azərbaycanın bölgələrində fəaliyyət göstərən mağazalarla danışıqlar aparılır və tez bir zamanda bölgələrdə bizim diller şəbəkəmizin genişlənəndirilməsi və bəzi rayonlarda isə fəaliyyətə başlaması nəzərdə tutulub.
– Müsahibəyə görə təşəkkür edirik. 

CONSULTING & BUSINESS #09/2015