Language change

magazin-button-az

delux-fh-inverter-2013Deluxe FH inverter kondisioneri ən yüksək A+ + + enerji effektliyi göstəricisinə malikdir ki, bu da elektrik enerjisinə xeyli qənaət deməkdir. Daha maraqlı bir üstünlük FH modelinin iç blokunda quraşdırılmış, otaq temperaturuna nəzarət edən 3D İ-see sensorudur. Bu sensor, üzərində üfüqi yerləşdirilmiş 8 hissiyatlı elementlərdən təşkil edilmiş fırlanan oxdan ibarətdir. 3D İ-see sensor otağın həcmini və orada olan adamları “scan” edərək alınan nəticələrə görə hava axını və temperaturu tənzimləyir, otaqda adam olmadıqda avtomatik enerji qənatedici rejimə keçir. Hava yönləndiricilərin məxsusi idarə edilməsi ilə hava axını soyutma rejimində istifadəçidən avtomotik olaraq kənara, isitmə rejimində isə əksinə istifadəçinin üzərinə yönəldilir.

FH modelinin iç blokunun ventilyatorunun idarə olunması layihəçilər  tərəfindən Yaponiyanın ən  məşhur Kiriqamine yüksək dağ kurortunun iqliminə uyğun olaraq proqramlaşdırılmışdır. Bu da öz növbəsində təbii hava axınının imitasiyasını və sakitlik hissini yaradır.

Bundan əlavə havanı təmizləyən “Plasma Quad” sistemi 4 istiqamət üzrə: bakteriyaların, virusların, allergenlərin və tozun neytrallaşmasına imkan verir. Belə ki, sistem 25 m3 sahəyə düşən  bakteriyaları - 99 % ; virusları - 99% ; allergenləri - 94%  və tozu - 88,6%  təmizləyir.

Deluxe FH inverter kondisioneri “Good Design Award 2012” mükafatına layiq görülmüşdür.