Language change

magazin-button-az

Kondisionerlərin testi-sistemin mühüm tərkib hissəsidir

imgcrKondisioner sistemlərinin bloklarının hər biri işləmək qabiliyyətinə görə tam yoxlamadan keçir.Məsələn, kondisionerin iç blokunun hermetikliyini və freonun istilik mübadilə qurğusundan keçən zaman hidravlik küyün olmamasını təyin etmək üçün iç bloka freon doldurulur. Sonra iç blok vakkumlaşdırılır və çöl blokun maketinə birləşdirilərək 20 dəqiqə işləyir. Sınaq prosesində idarə etmə pultunun funksiyaları və bütün rejimlər yoxlanılır. Blok işləyən zaman səsin səviyyəsi, sərf edilən enerji barədə parametrlər əldə edilir və bütün izolyatorlar yoxlanılır.

 

Çöl blokların sınağı da analoji olaraq aparılır.Kondisionerlərin  bloklarının hər biri  işləmə qabiliyyətinə görə tam yoxlamadan  keçirlər.Bununla yanaşı bütün yeni modellər Mitsubishi Electric mütəxəssisləri tərəfindən hazırlanmış 3  xüsusi testdən keçir:

-istilik mübadilə qurğuların və filtrlərin çirkli olan vəziyyətində kondisionerin iş qabiliyyəti;

-duzlu su şəraitində kondisionerin iş qabiliyyəti;

-test zamanı çöl blokun daima günəş altında olan (stress) vəziyyətində kondisionerin iş qabiliyyəti.

Hər gün istehsalçı zavodun  xüsusi laboratoriyasında bir və ya iki kondisioner ciddi sınaqlardan keçirilir. Orada avadanlığın spesifikasiyasında göstərilmiş parametrlərin faktiki göstəricilərə uyğunluğu təyin edilir.

İstilik dəyişənlərin və filtrlərin çirkli olan vəziyyətdə kondisionerin iş qabiliyyəti

Məlumdur ki, filtr və istilik mübadilə qurğularını mütəmadi təmizləmək lazımdır. Lakin bunu hər kəs etmir. Nəticədə çöl blokun buxarlandırıcısı donmağa, kompressor isə qızmağa başlayır. Mitsubishi Electric istismar qaydalarına düzgün riayət edilməsini tövsiyə edir, eyni zamanda standart olmayan müxtəlif şəraitləri də nəzərə alır.Birinci testdə kondisionerin iç və çöl blokların istilik mübadilə qurğuları çirkli olan vəziyyətə gətirilir. Sınaq davamlı olaraq 800 saat müddətində aparılır. Bu müddət ərzində kondisioner qızmamalı və sönməməlidir.

Duzlu su şəraitində kondisionerin iş qabiliyyəti

İkinci testdə kondisionerin korroziyaya qarşı müqaviməti yoxlanılır. Çöl bloku duzlu su duşu olan kameraya yerləşdirilir və orada 300 saat işləyir. Belə bir yoxlamadan sonra istilik mübadilə qurğusunda, ventilyatorda və başqa detallarda korroziya izləri olmamalıdır. Elektrik hissələrinin zədələnməsi barədə ümumiyyətlə fikirləşməyə belə dəyməz. Buna görə də Mitsubishi Electric kondisionerləri heç bir xüsusi hazırlıq olmadan belə sahilboyu rayonlarda da özünü doğrultmuşdur.

İstilik sressi

Adi kondisionerlərin təlimatında qeyd olunur ki, çöl blokun qızmaması üçün onun açıq günəş şüaları altında yerləşdirilməsi məsləhət görülmür. Əlbəttə bu tövsiyəyə riayət etmək məsləhətdir. Lakin bəzi şəraitlərdə bunun əksi baş verir. Mitsubishi Electric belə bir vəziyyəti də nəzərə almışdır. Üçüncü testdə çöl blok günəş şüalarını imitasiya edən infraqırmızı şüalar altında yerləşdirilir. Kondisioner 1000 saat ərzində işləyərək qızmamalı, qəzaya uğramamalı və sönməməlidir.

“Tayfun” eksperimenti

Bu eksperiment zamanı kondisionerin çöl blokları güclü küləkləri imitasiya edən güclü hava axını olan şəraitdə yoxlanılır.