Beretta - CIAO

İki konturlu Beretta CIAO qazanları müxtəlif təyinatlı obyektlərdə, istilik və isti su təchizatına olan təlabatı ödəmək üçün, tətbiq edilə bilər. CIAO qazanları 2 tipdə istehsal olunur: CSI-bağlı yanma kameralı və CAI-açıq yanma kameralı. Böyük olmayan qabarit ölçülərinə və sərfəli qiymət / keyfiyyət nisbətinə görə  CIAO qazanları çoxmərtəbəli evlərin hər bir mənzilində individual isitmə üçün geniş istifadə olunur. CIAO-nun məhsuldarlığı 24-28 kVt təşkil edir.

Texniki məlumatları və  konstruktiv özəllikləri:

  • Bitermik istilik dəyişən;
  • Nəzarət paneli LCD;
  • Koaksial tüstü bacası (sifarişlə ayrı tüstü bacası və hava borusu ilə də təchiz etmək olar);
  • Əlavə aksesuarlar vasitəsi ilə iş rejiminin proqramlaşdırılması, uzaq məsafədən idarəetmə, iş rejimini dəyişmə  və müəyyən qəza nəticəsində durmuş qazanı blok vəziyyətindən çıxarma və s. funksiyalar əlavə etmək imkanı;
  • Dövriyyə üçün üç sürətli GRUNFOS nasosu;
  • Çöl temperaturunu müəyyən edən qurğunu quraşdırmaqla hava asılılığınına uyğun qoşulmuş tənzimləmə funksiyası;
  • Gücün rahat tənzimlənməsi (modulyasiyalı odluq);
  • Avtomotik elektrik alışdıran və alova ionizasiyalı nəzarət;
  • İsti su təchizatına olan üstünlük funksiyası;
  • Nasosun donma və bloklaşmasına qarşı qoşulmuş nəzarət funksiyası;
  • Nasazlıqları müəyyən edərək informasiyanı LCD ekrana çıxaran özünü diaqnostika sistemi;
  • Otaq termostatını qoşmaqla temperaturun avtomotik tənzimlənməsi üçün qoşulmuş funksiya.

Beretta - CITY

Divar tipli qazla işləyən bir və iki konturlu CITY seriyalı qazanlar böyük olmayan qabarit ölçüləri və sərfəli qiymət / keyfiyyət nisbəti ilə bərabər bahalı qiymət sırasına aid qazanlara xas olan müasir dizayn, həmçinin funksional imkanlara malikdir.

Texniki məlumatları və konstruktiv özəllikləri:

  • İsitmə və isti su təchizatı konturları üçün olan ayrı-ayrı istilik dəyişənlər;
  • Nəzarət paneli LCD;
  • Koaksial tüstü bacası (sifarişlə ayrı tüstü bacası və hava borusu ilə də təchiz etmək olar);
  • Əlavə aksesuarlar vasitəsi ilə iş rejiminin proqramlaşdırılması, uzaq məsafədən idarəetmə, iş rejimini dəyişmə  və müəyyən qəza nəticəsində durmuş qazanı blok vəziyyətindən çıxarma və s. funksiyalar əlavə etmək imkanı;
  • Dövriyyə üçün üç sürətli GRUNFOS nasosu;
  • Çöl temperaturunu müəyyən edən qurğunu quraşdırmaqla hava asılılığınına uyğun qoşulmuş tənzimləmə funksiyası;
  • Gücün rahat tənzimlənməsi (modulyasiyalı odluq);
  • Avtomotik elektrik alışdıran və alova ionizasiyalı nəzarət;
  • İsti su təchizatına olan üstünlük funksiyası;
  • Nasosun donma və bloklaşmasına qarşı qoşulmuş nəzarət funksiyası;
  • Nasazlıqları müəyyən edərək informasiyanı LCD ekrana çıxaran özünü diaqnostika sistemi;
  • Otaq termostatını qoşmaqla temperaturun avtomotik tənzimlənməsi üçün qoşulmuş funksiya.

Zubadan

Ənənəvi isitmə sistemlərindən, yəni qaz və ya maye yanacağın yandırılmasından, həmçinin elektrik enerjsinin birbaşa istilik enerjisinə çevrilməsindən fərqli olan istilik nasoslarının vasitəsi ilə istiliyin alınması sistemi artıq mövcuddur. Ənənəvi sistemlərdə istilik enerjisinin alınmasına daha çox enerjidaşıyıcı sərf edilir. Lakin istilik nasosu az enerji sərf etməklə daha çox istilik enerjisi hasil edir. Belə olan halda sahələrin və isti suyun isidilməsində xeyli enerjiyə qənaət olunur.

    Məişət, yarımsənaye və City Multi seriyalarının hər biri üçün ZUBADAN istilik nasosları istehsal olunur. Bir sistemin istilik məhsuldarlığı 3kVt-dan 63kVt-a qədər təşkil edir və minimum -25o C çöl temperaturu üçün  nəzərdə tutulub. Soyuq fəsillərdə əgər temperatur minimum göstəricidən aşagı olarsa istilik nasosuna əlavə istilik mənbəyi olan bivalent sistem (qaz və ya maye yanacaqla işləyən su qızdıran qazan) qoşulur.

    ZUBADAN isitmə sistemlərində isitmə və isti su təchizatını mərkəzi idarəetmə, həmçinin “ağıllı ev”ə qoşulma imkanları nəzərə alınıb.

İsitmə sistemləri