Havalandırma sistemləri Mitsubishi Electric

Binaların və otaqların havalandırılması böyük istilik itkisinə səbəb ola bilir. Lossnay sistemi sahənin soyudulması və ya isidilməsinə sərf edilən enerjinin70%-ə qədərini bərpa edə bilir. Lossnay sistemindən istifadə həm elektrik enerjisinə qənaət edir, həm də daha az gücdə isidici-soyuducu avadanlığın seçilməsinə imkan yaradır.

Havalandırma sistemi verilən və sorulan havanın temperaturu ilə bərabər havanın rütubətliliyini də tənzimləyir. İstilik mübadiləsində istifadə edilən, xüsusi materialı olan rekuperatorun  köməyi ilə  yay mövsümündə verilən hava sorulan havanın hesabına soyudulur və qurudulur, qış mövsümündə isə nəmləndirilir və isidilir. Rekuperatorun materialı su buxarının asan ötürülməsinə şərait yaradır və çirkləndirici maddələrin (karbon qazı, ammiak ) keçməsinə mane olur.

Havalandırma sistemləri