Language change

magazin-button-az

newcondNEWCOND   şirkəti  öz  fəaliyyətinə  1995 –ci ildən, Nizami küç. 121 ünvanında yerləşən kiçik bir mağazada Aftron və National kondisionerlərinin satışından başlamışdır.  

Azərbaycanda həmin dövrdə split kondisionerlərin satışı ilə cəmi bir neçə şirkət məşğul olurdu və getdikcə bu kondisionerlərə tələbat  artırdı. 1997 –ci ildən NEWCOND şirkəti  Yaponiyanın  məşhur brendi olan Mitsubishi Electric kondisionerlərinin satışına  başladı və müştərilərin etimadını qazanaraq Azərbaycanın kondisioner bazarında öz yerini tutdu. Təsadüfi deyil ki, 15 ildən çox müddətin keçməsinə baxmayaraq , 1997-ci ildə satılan Mitsubishi Electric kondisionerləri bugünədək müştərilərin istifadəsindədir. Buna  səbəb Mitsubishi Electric kondisionerlərinin keyfiyyəti və NEWCOND şirkətinin yüksək səviyyədə servis xidmətidir.

Sənaye kondisionerlərinə, isitmə və havalandırma sistemlərinə olan geniş tələbatı nəzərə alaraq NEWCOND   şirkətinin Rəşid Behbudov 144D ünvanında yeni salonu fəaliyyətə başladı.  Şirkət müştərilərə üç satış salonundan keyfiyyətli və peşəkar xidmətlər göstərir. Bu salonlarda çalışan yüksək ixtisaslı əməkdaşlar uzun müddətdir ki, məişət kondisionerləri ilə yanaşı yarımsənaye, VRF və havalandırma sistemlərinə də xidmət göstərirlər.

Hal-hazırda NEWCOND  şirkətinin fəaliyyətinin əsas istiqamətləri isitmə, soyutma və havalandırma sistemləridir. Şirkət dünyanın tanınmış brendləri olan “Vaillant”, “Kermi”, “Beretta”, “Gruppo Ragaini” kimi şirkətlərlə əməkdaşlıq edir. “Mitsubishi Electric Europe B.V.” şirkətinin distribyutoru kimi “Changes for the Better” (yaxşılığa doğru dəyişikliklər)  bizim də devizimizdir.